Doğulacaq uşağın sağlamlığı üçün məsləhətlər

hamilə - körpə

Peyğəmbərimizdən (səlləlləhu aleyhi vəsalləm) belə bir hədis var: “Cənnət anaların ayaqları altındadır.” – bəli, anaların, qadınların yox.

Doğulacaq uşağın beyin inkişafının yaxşı olması üçün hamiləlik müddətində zəyərək toxumundan və ya yağından istifadə edin. Zəyərək yağı Omeqa 6 və Omeqa 3 yağ turşuları ilə zəngindir.  (Zəyərək bitkisinin fitosid təsirini nəzərə alaraq bitkidən istifadə 1 həftə edildikdən sonra 1 həftə ara verilməklə aparılmalıdır ki, döl düşüklüyünə səbəb olmasın)

Doğulacaq uşağın əqli cəhətdən də normal olmasını təmin etmək üçün yodlaşdırılmış duzdan istifadə edin və ya salatlarınızın üstünə dəniz kələmi bitkisini duz kimi səpib yeyin.

Doğulacaq uşağın köpdən əziyyət çəkməməsi üçün hamiləlik zamanı təzə şüyüddən bol-bol yeyin.

Doğulacaq uşaqda anemiyanın (qan azlığı) qarşısını almaq üçün hamiləlik zamanı qoyun əti və badımcan yeyin.

Doğulacaq uşağın kalsiuma olan ehtiyacını ödəmək və sümük boşluğunun qarşısını almaq üçün çuğundur şirəsi için. Təbii ki, burda da həddi aşmaq olmaz. Çuğundur şirəsinin çox içilməsi sümükləşməni sürətləndirə və beyin inkişafını saxlaya bilər.

Hamilələr üçün ən yaxşı qidalardan biri də baldır. Balda həm ana üçün, həm də uşaq üçün bütün minerallar vardır, yaxşı olar ki, bal şərbət formasında gündə 2 dəfə içilsin.

Hamiləlik zamanı bal yüksək qan təziyiqini qahada artırırsa onda bal şərbətinin üstünə limon şirəsi sıxıb qarışdıra bilərsiniz.

Əgər uşağın gözəl olmasını istəyirsinizsə, hamiləlik zamanı bol-bol heyva yeyin.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.