Epilepsiya tutmalarını ən azı 4 dəfə azaldan qarışım

epilepsiya

Epilepsiya tutması – Baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. Camaat arasında “ürəkgetmə”, “qıcolma” və s. kimi tanınan epilepsiya xəstəliyi əslində qeyd etdiyim kimi nevroloji bir patalogiyadır, yəni tutmalar zamanı beyində patoloji oyanıq sahə yaranır ki, bu da beyində generalizasiya olunmuş yüklənmə aktivliyi yaradır. Tutmaların tezliyini azaltmaq üçün üzrərlik toxumları tərkibli qarışımdan istifadə etdim. Çünki onun tərkibindəki  harmalin (C13H14N2O),  harmin(C13H12N2O) və harmalol (C12H12N2O) adlı alkaloidlər vardır. Bu alkaloidlər sinir hüceyrələrini bərpa edir, iflic, qıcolmalar, yuxusuzluq zamanı fayda verir, sinir sisteminə sakitləşdirici təsir göstərir. Ancaq sizə təqdim edəcəyim miqdarı aşmamağınızı tövsiyə edirəm. Çünki üzərliyin çox qəbulu ciddi fəsad yarada bilər.

Qarışımı aşağıdakı qaydada hazırlayın:

  • 200 qr qarazirə toxumları ( üyüdülmüş formada)
  • 200 qr ud hindi kökünün tozu200 qr üzərlik toxumu ( üyüdülmüş formada)

Bütün bu məhsullar qarışdırılır və hermetik qabda ( ağzı kip bağlı şüşə qab) saxlanılır. Hər yeməkdən yarım saat öncə 1 çay qaşığı 1 stəkan su ilə qəbul olunur.  Deməli, qarışım 1 ay qəbul olunur, sonra 1 həftə fasilə edilir. Siz qarışımı qəbul edərkən dərman qəbulunu dayandırmırsınız, yəni paralel şəkildə dərmanları içirsiniz. Qarışıma fasilə verərkən, yenə də dərman qəbuluna davam edirsiniz. 1 həftə sonra yenidən qarışıma davam edin. (Qəbul dozasını aşmayın). 

Bu qarışımdan istifadə edən xəstələrdə epileptik tutmaların sayı 2-4 dəfə azalmışdır.