Gözəllik aləmində qara zirə

gözəllik aləmində qara zirə

Qara zirə yağından və özündən gözəllik üçün geniş istifadə edərək bir çox qüsurları aradan qaldırmaq olar.

  • Qara zirə yağını qulaq çöpü ilə qaşlara çəkdikdə qaş tükləri qalınlaşır və sıxlaşır.
  • Əgər saqqalın bir hissəsində tük yoxdursa həmin hissəyə tez-tez qara zirə yağını vurun, bir müddətdən sonra həmin hissədə tük çıxdığının şahidi olacaqsınız.
  • Əgər saqqalınız seyrək çıxırsa gündə 2 dəfə üzünüzə qara zirə yağı vurun bir müddətdən sonra saqqalınızın sıxlaşdığını görəcəksiniz.
  • Kiprikləriniz qısa və seyrəkdirsə bal ilə qara zirə yağını bərabər miqdarda bir-birinə qarışdırıb gündə 2 dəfə gözə sürmə kimi çəkin, qaşlar həm sıxlaşacaq həm də uzanacaq.
  • Səhərlər kipriklərin ətrafına çirk yığılırsa axşam yatmazdan əvvəl gözünüzə qara zirə yağı ilə bal qarışımlı sürmə çəkin. (İsmid sürməsi də faydalıdır)
  • Gündə 1 dəfə darağı qara zirə yağına batırıb başı daramaqla saçlar canlanır, qalınlaşır, kəpəklənməni aradan qaldırır.
  • Saçın ızda seboreya və psoriaz vardırsa 250 qram təbii alma sirkəsinə 2 xörək qaşığı qara zirə toxumunu qarışdırıb vam odda 10 dəq qaynadıb 20 dəq dəmləyin sonra süzün, bu sirkədən gündə 1 dəfə saç diblərinə vurun, saç dibindəki səpgilərin qısa vaxtda keçdiyini görəcəksiniz

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.