Halsızlıq, immun zəifliyi, görməni itiləşdirmək üçün badamlı, çiçək tozu tərkibli ballı qarışım

ballı badam

İnsanlar birinci növbədə düzgün qidalanmalıdırlar, çünki düzgün qidalandıqda nə bitki,  nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq.

Badam

Badam uşaqların sümük – əzələ , yəni dayaq hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa 3 qaynağıdır.  Badam yaşlılar üçün də çox faydalı nemətdir. Tərkibindəki kalsium sümük əriməsinin , maqnezium isə baş ağrısı, əzələ ağrıları, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Badamdakı yağlar xolesterini azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf dövründəki uşaqlar və  həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam , dad və iybilmə qabiliyyətini artırır.  Məcuna əlavə olunan polen , yəni çiçək tozu arı məhsulu olaraq,  vitamin və mikroelementlərlə olduqca zəngin vasitədir. Vitamin B1, B2, B3, B5, B6, C, A, E vitaminləri qaynağıdır. Hamilələrin istifadə edə biləcəyi məhsuldur. Zəngin aminturşu qaynağıdır.  

Bal

Bal isə çox gözəl daşıyıcıdır. Bala qarışdırılan məhsulların tərkibi onun köməyi ilə bağırsaqlardan daha tez qana sorulur və toxumalara çatdırılır.  Bal özü zəif allergik təsirli olsa da, allergiyalı  xəstələri elə balla müalicə edirəm. Həmin xəstələrə çox az miqdarda bal verməklə balın qəbuluna alışdırıram. Çox az miqdarda balı yeməkdən başlayaraq dozanı yavaş yavaş artıraraq, normal həddə qədər çatdırıram. Bu proses bəzən iki üç ay çəkə bilər  Həm bal, həm çiçək tozcuqları, həm də badam orqanizmdə immun sistemini bərpa etməklə yanaşı amin turşu istehsalını artırır. Hazırlanması qaydası. Badam 150 qramÇiçək tozu 50 qram Bal 1 kq Deməli əvvəlcə badam qəhvəüyüdəndə üyüdülür sonra çiçək tozu üyüdülür hamısı birlikdə bal ilə qarışdırılır. Mıcunumuz hazırdır böyük adamlar gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir iki çay qaşığı yeməli. 10 yaşa qədər uşaqlar gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı. 10 yaşdan kiçik uşaqlar isə gündə üç dəfə yeməkdən 30dəqiqə əvvəl yarım çay qaşığı yeyə bilərlər. Xatırladım ki bu məcun həmdə dadlı bir səhər yeməyidir səhərlər kəpəkli çörəyin üstünə kərə yağı ilə birlikdə çəkərək yeyə bilərsiniz.  Təzyiqi yüksək olanlar. Şəkər xəstələri və məcuna fərdi allergiyası olanlar ehtiyyatlı olmalıdırlar.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.