Hər evdə olması lazım olan krem

ev üsulu krem

Bu krem hər bir evdə lazım olan bir kremdir. Aşağıda yazdığım mətni oxuduqdan sonra yəqinki, mənimlə razılaşarsınız. Əvvəlcə lazım olanlar:

  • Keçinin iç piyi 100 qram
  • Qara zirə yağı 100 qram
  • Kəklikotu 2-3 xörək qaşığı (və ya təbii kəklikotu yağı 1 çay qaşığı)

Deməli, əvvəlcə keçi piyi əridilir, tam əridikdən sonra süzülür, əriməyən hissələr atılır, sonra ağzı kip bağlanılan şüşə qaba 3 xörək qaşığı kəklikotu bitkisini tökərək qaynar olan, əridilmiş keçi piyini kəklikotunun üstünə tökərək qarışdırırıq və ağzı kip bağlanılaraq 1 gün saxlanılır 1 gündən sonra yenə əridilir (qaynatmağa ehtiyac yoxdur) süzülərək kəklikotu qırıntıları atılır və sonra 100 qram qarazirə yağı ilə qarışdırıb şüşə qaba tökülür 1-2 saatdan sonra istifadəyə hazırdır. (və yaxud qarazirə yağı ilə keçi piyini əridib bir birinə qarışdırıdaqdan 1-2 gün sonra 1 çay qaşığı kəklikotu  yağını həmin yağa qarışdırıb ağzı kip bağlı olan qaba töküb istifadə edə bilərsiniz)   Deməli kəklikotunu bura qarışdırmaqda məqsədimiz kəklikotunun efirli birləşmələrini piyə keçirməkdir. Bu kremi çox geniş spektrli sahələrdə istifadə edə bilərsiniz.

  • Uşaq və böyüklərdə soyuqdəymələr zamanı sinə, kürək, boğaz nahiyyəsi axşamlar masaj olunur çox yaxşı bir yumşaldıcı və tərlədici bir effekti vardır.
  • Əl çatlarında və çatlamanın qarşısını almaq üçün istifadə edilir əlləri yumşaldır.
  • Daban və qarın çatlarında gündə 2 dəfə istifadə olunur.
  • Dərialtı iltihablarda dəri üstünə çəkilir.
  • Revmatizm zamanı dizlərə və baldırlara çəkilir.
  • Osteoxondroz zamanı axşamlar, osteoxondroz üstünə vurulur, yüngül masaj edilir osteoxondroz zamanı 1 ay ara vermədən istifadə olunmalıdır.
  • Qol və biləklər karpal tunel xəstəliyi zamanı gündə 2 dəfə masaj edilir və üstünə istilik verən lampa tutulur ki, dəridən daha tez sorulsun və tez təsir etsin.
  • Sifətə yumşaldıcı və ləkələr əleyhinə istifadə edə bilərsiniz.
  • Uşaqlarda pişməcə əleyhinə süni kremlərdən dəfələrlə çox faydalıdır.
  • Yay fəslində bütün bədənə çəkilərək günəş ləkələrinin və dəri qurumasının qarşısını ala bilərsiniz.

Sonda. Krem tam təbiidir istifadə zamanı heç bir əlavə təsiri yoxdur, dərini qurutmur, codlaşdırmır əksinə elastiki, yumşaldıcı bir təsiri vardır. Nəzərə alaq ki, qarşıdan qış gəlir insanların əl kremlərinə tələbatı artır, onu nəzərinizə çatdırım ki, satışda olan kremlər tam kimyəvi tərkiblidir və dəriyə qıcıqlandırıcı, büzüşdürücü bir təsiri vardır, bu hazırladığınız krem isə tamamilə təbiidir. Kəklikotunun ətri isə keçi piyinin və qarazirənin ətrini demək olar ki, aradan qaldırır, xoş bir təsir bağışlayır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.