Hərbi-səhra (müharibə) şəraitində müalicələr

hərbi səhra

Müharibə şəraitində dərmana çox ehtiyac duyulur, yaralanmalar, zədələr və gigiyenaya diqqət yetirilməməsi bir sıra xəstəliklərə səbəb olur. Ölkəmizin ərazisində bitən dərman bitkiləri ilə əlaqədar bəzi məsləhətlər əsgərlər, döyüş şəraitində və ön cəbhədə olanlar üçün faydalı ola bilər.

  • Gicitkən – qanaxmalar zamanı əzilərək yaranın üstünə qoyulanda qankəsici təsir göstərir.
  • Quşəppəyi – çox yeyilməsi daxili qanaxmaları dayandırır.
  • Bağayarpağı – gec sağalan və ya sağalmayan, irinləmiş yaralarda təzə yarpaqların əzilərək həmin nahiyəyə qoyulub bağlanması yaranı tez sağaldır.
  • Dəvətikanı – mədə-bağırsaq pozuntusu zamanı ishal əmələ gələndə bağırsaqları yığmaq üçün çay şəklində suda qaynadılıb içilməsi ishalı tezliklə dayandırır.
  • Kəklikotu – soyuqdəymə zamanı kəklikotu çayının içilməsi xəstəlik törədicilərini həm sidik vasitəsilə, həm də tər vasitəsilə orqanizmdən xaric edir.
  • Palıd qabığı – sağalmayan ağız-boğaz yaraları zamanı suda bişirməsi ilə qarqara edilir. Bişirmədən babasil üzərinə islatma qoyulanda şişmiş düyünlər büzüşür və ağrı azalır.
  • Çobanyastığı – çiçəklərinin yığılaraq təzə halda yeyilməsi mədə-bağırsaq sancılarını, qastriti və koliti sağaldır.
  • Biyan kökü – tez-tez xəstələnmə zamanı biyan kökünün 2 stəkan suda 5 dəqiqə qaynadılaraq içilməsi immuniteti gücləndirir.
  • Andız – öskürək zamanı köklərinin suda 5 dəqiqə qaynadılaraq içilməsi sinəni təmizləyir, öskürəyi kəsir və bədəni qızışdırır.
  • Ballınanə – bütün əsəb pozulmaları, yuxusuzluq və depressiyalarda suda dəmlənmiş çayı içilir.

Sonda bir daha xatırladım ki, bu bitkilər Azərbaycanımızın hər tərəfində bitir və hamı istifadə edə bilər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.