Herpes virusu və onun sadə müalicəsi

herpes

Herpes virusları orqanizmdə illərlə qalan və üzücü xəstəlik törədən infeksiyadır, 2 forması olur: 1-ci və 2-ci tiplər.

1-ci tip ağız, burun, yanaq ətraflarının dərisində yayılır, 2-ci tip isə cinsiyyət üzvlərində aşkar olunur. 2-ci tip herpes daha təhlükəlidir, bəzən illərlə davam edir, cinsiyyət üzvü nahiyəsində qaşınma, suluqlama, ağrı və s. ilə müşayiət olunur. Xəstəlik kontakt yolu ilə dəri və selikli qişalarda olan mikroçatlardan, sıyrıntılardan yoluxur.

Herpes bəzən illərlə müalicə olunsa da yaxşı effekt almaq olmur. Amma bu xəstəliyin təbii yolla çox sadə bir müalicəsi var.

herpes virusu
Ağız ətrafında yayılan herpes virusu

1 ədəd limon qabığı (yerli limon olsun) sürtgəcdən keçirilir, üzərinə 3-4 diş sürtgəcdən keçirilmiş sarımsaq əlavə olunur, qarışdırdıqdan sonra üzərinə yarım çay qaşığı ağ gil əlavə olunur və yenə yaxşı qarışdırılır. Gündə 2 dəfə herpesə yoluxmuş nahiyələrə çəkilir, yarım saata qədər saxlanıldıqdan sonra yuyulur. 10-15 günə herpesdən əsər-əlamət qalmır. Cinsiyyət üzvlərinin ətrafında əmələ gələn 2-ci tip herpeslərə isə 2 xörək qaşığı biyan kökü 1 stəkan suda 5 dəqiqə qaynadılır, sonda qara jelatinəbənzər maddə əmələ gəlir. Bu maddəni şüşə qaba yığıb soyuducuya qoyun, pambıqla gündə 3 dəfə herpeslərin üstünə vurulur. Sağalana qədər.

Herpes virusları qanda çoxalarsa bu daha qorxulu xəstəliklərə hansısa bir siniri iflic edə biləcək səviyyəyə gətirib çıxara bilərlər qanda  herpes viruslarını təmizləmək üçün immuniteti yüksəltmək lazımdır.

İmmunitet yüsəltmək üçün məcun:

  • Qarazirə tumu tozu – 100 qram;
  • Ud hindi tozu – 100 qram;
  • Propolis – 50 qram;
  • Bal – 1 kq;

Hazırlanma qaydası: Bitkilər toz formasında olmalı, propolisi soyuducunun buzxanasında dondurub sonra sürtkəçdən keçirib bala qarışdırmaq lazımdır, məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır. 

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.