İnfarkt – əlamətləri və çarələri

infarkt

Ürək və qan-damar problemləri dünyada ölüm səbəbinə görə həmişə birinci sırada olub, bu səbəbdən də məsələnin ciddiliyinə varmaq lazımdır. İnfarkt ürəyin qan dövranı pozulmasının son həddidir və belə halda insanın həyatı tükdən asılı qalır.

İnsan niyə ürək infarktı keçirir?

Bu sualı özümüz-özümüzə versək və bu yazılanları oxuyub riayət etsək, yəqin ki, özümüzü bu təhlükədən sığortalaya bilərik. İnfarkt az hərəkət edənlərdə, siqaret və alkoqol qəbul edənlərdə, kök insanlarda, uzun müddət qan laxtalanması yüksək qalanlarda, daimi yağlı qidalar yeyən-lərdə,marqarindən çox istifadə edənlərdə daha sıx görülür. İnfarkt keçirmiş insanların əksəriyyətinin qanında xolesterin  və lipidlərinmiqdarı normadan yuxarı olur, belə insanların  qanları qatılığa meyilli olur. Bəzən xəstələr sinə nahiyəsində olan hər ağrıya görə infarktdan şübhələnirlər, mədə və qida borusu ağrılarını infarkt kimi dəyərləndirirlər. Xəstəyə dəqiq diaqnoz qoymaq üçün təcili kardioqramma  çəkdirmək önəmlidir. Ürək nahi-yəsində ağırlıq hissindən başqa xəstələr daimi olaraq hava çatışmazlığı və sinə nahiyəsində yandırıcı ağrının olmasından şikayətlənir.

Ümumiyyətlə, hər bir insan 2 ildə bir dəfə ürəyin kardioqrammasını çəkdirməli və qanı duruldan bitki çaylarından istifadə etməli, tünd qara çaydan, tünd qəhvədən imtina etməli, hər gün ən azı 5 km gəzməlidir. Yaxşı olar ki, hər yeməkdən əvvəl kələm, kök, çuğundur və zeytun yağından hazırlanmış salat kəpəkli çörəklə yeyilsin, mövsümi meyvə və tərəvəzlər bol-bol qəbul olunsun.

İnfaktdan və ürəyin işemik xəstəliklərinən qorunmaq üçün faydalı üsullardan biri də gündə ən azı 1 litr çiy su içməkdir. Su qan dövrının normallaşması bütün toxumalarımızın qidalanması üçün əvəzolunmaz bir nemətdir. İçdiyimiz çay meyvə şirələri və başqa içəcəklər suya aid deyil. İnfaktdan qorunmaq üçün daha bir üsul isə əsəbləşməməkdir. Əsəb infarktı çağıran ən başlıca amildir.

İnfarktdan qorunmaq üçün çay:

Məkkəgülü, bibəriyyə, ballı nanə, cökə bitkilərinin hərəsindən 100 qram götürülr sonra bu bitkilərin hərəsindən 1 çay qaşığı götürülür , 3 stəkan suda 20  dəmlənir, süzülərək termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Xəşəmbül, gilas saplağı, yemişan çiçəyi, itburnu meyvəsinin hərəsindən 100 qram götürülür sonra bu bitkilərin hərəsindən 1 dolu çay qaşığı götürülür  3 stəkan suda 20 dəqiqə  dəmlənilir, süzülərək termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Yemişan meyvəsi, damotu, ballınanə, məkkəgülü bitkilərinin hərəsindən 100 qram gütrülür sonra hərəsindən 1 dolu çay qaşığı 3 stəkan suda  20 dəqiqə dəmlənilir, süzülərək termosa tökülür və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

İnfaktdan qorunmaq üçün 2 orta xörək qaşığı yemişan meyvəsini 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içmək lazımdır. Xatırladım ki, yemişan həm də təzyiqi salır, əgər təzyiq normadan çox aşağı düşsə ya yemişanın dozasını azaldın, məsələn 1 xörək qaşığı yada dəmləməni içməzdən əvvəl bal qarışdırıb için.

Bundan başqa ildə 4 dəfə 8-10 ədəd hicama etdirmək və ildə 2 dəfə, hər 10 gündən bir 6 ədəd olmaqla cəmi 42  ədəd zəli qoydurmaq qanı duruldur və ürəyin qan dövranını yaxşılaşdırır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.