Kasnı bitkisinin faydaları – Kasnı otu

Kasnı kökü

Mələklərin hər gün cənnətdən gətirdikləri su ilə suvarılan bitki. Bir gün peyğəmbərimiz (səlləlləhu aleyhi və səlləm) kasnı bitkisini əlinə alır və bu bitkinin hər gün cənnət mələkləri tərəfindən sulandığını və olduqca faydalı olduğunu bildirir. Kasnı bitkisinin bütün hissələri müalicəvi məqsədlə istifadə olunur. Məsələn, üst yaşıl hissəsinin cavan zoğları salatlara qarışdırılıb yeyilir, həm də dəmlənib içilir. Kasnının tərkibi insulinəbənzər maddələrlə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir, qaraciyər hüceyrələrini yeniləyir, yüksəlmiş xolesterini salır, qaraciyər mənşəli köpməni aradan qaldırır.

Kasnı otu

Mədəaltı vəz iltihabında istifadə olunan və geniş təsir spektrinə malik nadir bitkilərdən biridir, həm qaraciyər, həm mədəaltı vəz xəstəliklərində köklərinin dəmləməsi içilir. Kasnı şəkər xəstələri üçün faydalı olmaqla yanaşı yüngül işlədici təsir göstərir, bununla da qəbizlik və babasil zamanı şəfalı olur. İmmuniteti yüksəldir, xroniki bronxit və bədəndə gedən bütün iltihabi xəstəliklər üçün faydalıdır.

Kasnı Azərbaycanın hər tərəfində bitən bir bitkidir. İstifadə qaydası belədir: 1 çay qaşığı kasnı kökü 1 stəkan suda 10 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl ilıq halda içilir. Kasnı köklərini yığın, qurudun, sonra tavada qovurun və üyüdün, çox dadlı və faydalı bir qəhvə əldə etmiş olacaqsınız.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.