Keysəriyyə əməliyyatının fəsadları

keysəriyyə

Təbii doğuş zamanı bütün analar şəhidin keçirdiyi anları yaşayır, ana övladından ötrü şəhid olmağa hazırlaşır. Doğuş zamanı ana ölərsə ona şəhid dərəcəsi verilir. Şəhidlər ölmür və Allah dərgahında sağdılar. Bəs keysəriyyə ilə baş verən doğuşa bunu aid etmək olarmı? Yox, çünki körpəsi əməliyyat masasında doğulan anada həmin hisslər çox zəif olur.

Təbii doğuş zamanı uşağın uşaqlıq yolunda sıxılması uşağın başındakı artıq mayenin xaric olunması ilə nəticələnir, belə deyək beyin artıq mayelərdən təmizlənilir.

Əziz analar, çalışın doğuş təbii yolla baş versin, hələ dünyaya gəlməmiş körpənizin haqqına girməyin. Keysəriyyə əməliyyatı ilə doğulan uşaqların immuniteti zəif olur, xarici mühit allergenlərinə qarşı həssas olurlar. Təbii doğuşla doğulmuş uşaqların qanında endorfin yəni xoşbəxtlik hormonları keysəriyyə ilə doğulanlardan 4-5 dəfə daha çox olur. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlar daha əsəbi və hiperaktiv olurlar.

Məncə, sadaladıqlarım uşağı təbii yolla dünyaya gətirməyin nə qədər faydalı olduğunu anlamağa kifayət edir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.