Oruc bir nemətdir

oruc

Oruc insan üçün həqiqətən bir nemətdir. Peyğəmbərimiz (Səllələhu Aleyhi Vəsəlləm) belə buyurmuşdur: “Oruc tut, sağlamlıq tap”.Vəya oruc sağlamlıqdır.

Zaman-zaman orucun faydaları haqqında yazsaqda, indi isə oruc zamanı insanın necə cavan və sağlam qalmağı haqda danışacam.

Deməli, oruclu vaxtı məlumdur ki, bədən hüceyrələrimiz tam qidalana bilmir və qida axtarışına başlayırlar. Əvvəlcə hüceyrə ətrafı maye təmizlənir, sonra magistral və kapilyar damarların içinə yığılmış artıq yağlar, lipidlər, xolesterin və s. yavaş-yavaş əriyib, parçalanır və hüceyrələrə yem olurlar.

Bundan başqa zaman-zaman davam edən günlərlə oruc zamanı zəif, qoca və xəstə hüceyrələr dözə bilməyib məhv olurlar və bu hüceyrələr də sağlam hüceyrələr tərəfindən qida kimi mənimsənilir. Bunu da unutmayaq ki, zəif, xəstə hüceyrələr özləri bölünərək xəstə hüceyrələrin sayını artırdığından bədənimizdən müstəqillik tələb edən şiş (yəni, xərçəng) hüceyrələrinin əsasını qoyurlar.

Deməli, oruc tutmaqla biz həm də xərçəng olmaqdan qorunuruq. Xəstə hüceyrələr insanın tez yaşlanmasına səbəb olduğundan orucla daha cavan qalmağımız mümkündür, çünki xəstə hüceyrələrin yerini kök hüceyrələrdən əmələ gəlmiş yeni, cavan və sağlam hüceyrələr tuturlar.

Bir daha onu yenə vurğulayım ki, mənim yazılarımı oxuyub oruc tutmayın, orucu Allahın bir əmri olaraq tutun. Allah qəbul etsin inşAllah

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.