Qırmızı qurd eşənəyi – çarələr

qırmızı qurd eşənəyi

Sistemli qırmızı qurd eşənəyi autoimmun sistem xəstəliyi olub, insan bədənində immun sistemin normadan dəfələrlə çox yüksəlməsi ilə müşahidə olunur. Normadan çox yüksəlmiş immun sistem insan orqanizmində bəzi toxumaların dağılması ilə müşahidə olunur, beləki insan toxuması killer hüceyrələrin qurbanlarına çevrilir. Xəstəliyin gedişatı əsasən dəridə qırmızı ləkələrin əmələ gəlməsi, böyrəklərdə patologiyalar (qlomerulonefrit), qanda laxtalanmanın yüksəlməsi, anemiya əlamətləri, ürəkdə perikardit (pərdənin iltihabı), uşaq salmalar (qanda laxtalanma hesabına) kimi əlamətlərlə özünü göstərir. Xəstəliyin gedişatına müsbət vəmənfi mənada təkanlar ola bilər. Məsələn kimyəvi dərmanların nizamsız qəbulu xəstəliyin gedişatını ağırlaşdıra bilir. Müalicə sistemi hüceyrələrin dağılmasının qarşısını alan və hüceyrə bərpasını sürətləndirən sistemlərəəsaslanaraq müalicə sistemi qurulmalıdır. 

Reseptlər

  • Zəyərək yağı 500 ml – Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı içməli. (Əgər çox ishal versə yarım çay qaşığı edə bilərsiniz)
  • Çobanyastığı 500 qram – 2 orta xörək qaşığı 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 stəkan içmək lazımdır. 
  • Güldəfnə 400 qram, Sarıkök 400 qram – Bitkiləri toz formasında bir birinə qarışdırıb gündə 3 dəfə yeməkdən 40 dəq əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb ilıq olana gözləməli sonra süzüb azca bal ilə şirinləşdirib içməli. (sitostatik təsir yəni hüceyrəyeniləyici)
  • Alma sirkəsi 3 litr Bal 1 kq3 stəkan suya 2 orta xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırıb gün ərzində su kimi içməli. (laxtalanmanın qarşısını almaq üçün) 
  • Arı sancması müalicəsi. Müalicədən əvvəl allergiya qarşısını alan preparatlarla təmin olunmalısınız məsələn prednizolon , dimedrol iynəvə sair. əgər arı sancmasından sonra allergik əlamətlər olsa təcili tədbir görməlisiniz. Arı sancması müalicəsi 10 gün gündə 1 ədəd arı daha sonrakə 10 gündə 2 ədəd arı sancması, daha sonrakı 10 gündə 4 arı sancması və daha sonrakı 10 gündə isə gündə 5 ədəd arı sancması müalicəsi almalısınız. Arılar akupunktur nöqtələrinə qoyulmalıdır. Nöqtələrin dəqiq yerini internetdən baxa bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.