Qrip və soyuqlama zamanı nə etməli?

qrip

Son zamanlar qrip virusu sürətlə yayılıb, kimə baxırsan ya asqırır, ya öskürür, bu barədə yazılarım  olsa da yenə də bəzi məsləhətlər vermək yerinə düşərdi.

Qrip və soyuqdəyməyə qarşı resept:

  • Zəncəfil – 50 qram
  • Kəklikotu – 100 qram
  • Cökə – 200 qram

Bir-birinə qarışdırın, qarışıqdan üç xörək qaşığı 6 stəkan suda 15 dəq dəmləyin, sonra süzüb termosa tökün, hər qəbul zmanı dəmləmə içilən vəziyyətə gələndə 1 stəkan dəmləməyə 1 dolu çay qaşığı bal qarışdırıb , çaydan bol-bol için, tərliyənə qədər hətta tərləsəniz də içməyə dəvam edin, çox az bir zamanda soyuqdəymə bədənimizdən çıxacaqdır, oynaqlarınızda ağrılar olmayacaq, qripi çox yüngül keçirəcəksiniz və ən əsası Qripdən sonra heç bir ağırlaşma olmayacaqdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.