Rinit və ya burun tutulması

burun tutulması 1

Rinit burun balıqqulaqlarının iltihabıdır ki, səbəbi allergik və ya infeksion ola bilər. Əgər burun tutulmasından əziyyət çəkirsinizsə, onda yazdığım bu reseptdən istifadə edə bilərsiniz.

500 qram təmiz ilıq suya 1 xörək qaşığı dəniz duzu qatılaraq həll edilir, sonra 1 xörək qaşığı 20 faizli propolis cövhəri əlavə olunur. Bu məhlul 2 formada istifadə olunur:

  • Məhlul 200 qramlıq təmiz imalə və ya rezin qrelkaya tökülür buruna yeridilir, xəstə  başı aşağı vəziyyətdə duraraq bir burun dəliyindən yavaş-yavaş vurulur, maye o biri burun dəliyindən xaric olur. Bunu gündə 2-3 dəfə etmək olar.
  • Gündə 8-10 dəfə su ələ tökülür, buruna çəkilir və xaric edilir.

Xatırladım ki, hər iki üsul faydalıdır. Böyümüş burun balıqqulaqlarını kiçiltmək və rahat nəfəs almaq üçün müalicəni ən azı 20 gün aparmaq lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.