Sarkoidoz xəstəliyinin təbii müalicəsi

ağciyərlər sarkadioz

Sarkoidoz xəstəliyi ciddi xəstəliklərdən biri olub çətin müalicəyə tabe olan bir xəstəlikdir.

İnsanın bütün toxumalarında yayılan bir xəstəlik olub əsas yerləşdiyi və daha çox yayıldığı orqan ağ ciyərlərdir.

Sarkoidoz zamanı ağ ciyərdə limfa damarları tutulur və şişkinliklər baş verir.

Bu xətəlik hamıya məlum olmasa da kimdə varsa həmin insanlar daha yaxşı anlayır və belə bir ağır xəstəliyin acısını cəkməkdədirlər.

Sarkoidoz xəstəliyi anidən başlayır və cox güclü simptomlarla üzə çıxır bu zaman halsızlıq iştahsızlıq üzdə ayaqlarda qırmızı qəhvəyiyə çalan ləkələr əmələ gəlir. Belə insanlarda öskürək, nəfəs çatışmamazlığı, xırıltılı nəfəs və qoltuqaltı vəzlərdə şişkinliklər əmələ gəlir. Bu xəstəlik zamanı bütün oynaqlarda ağrılar əmələ gəlir.

Sarkoidoz xəstəliyinin dəqiq bir müalicəsi yoxdur, çünki bu zaman əsas diqqət immunitetin aşağı salınmasından ibarətdir. Çünki yüksək immunitet zamanı toxumaların zədələnməsi daha cox olur. İmmunitetin aşağı düşməsi isə belə insanlara başqa xəstəliklər üçün açıq qapı olur bu zaman daha çox hormonal dərmanlardan istifadə olunur. Hormonal dərmanlar isə həm özündən asıllıq əmələ gətirir həm daxili orqanları zədələyir həm də insanı çox eybəcər hala salır.

Sarkoidoz xəstələri üçün təbii resept

Buna görə də dərman bitkilərindən istifadə həm olduqca faydalı və həm də zərərsizdir. Belə xəstələrə çox sadə bir respt deyirəm:

Gündə 3 dəfə çobanyastığı çiçəyinin çayını içəcək 1 il müddətində.

Deməli, 2 xörək qaşığı çobanyasığı, 3 stəkan su tutan termosda dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, vəssalam.

1-ci ayından sonra ağrılarda çox azalma hiss olunur təxminən 9-12 aydan sonra isə tamamilə sağalma baş verir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.