Şəkər xəstələri üçün mükəmməl resept

şəkər xəstələri

Şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün təklif etdiyim resept insulin ifrazını artırır, qanda şəkərin miqdarını azaldır, pozulmuş qan dövranını bərpa edir, damarların mənfəzini açır, yüksəlmiş xolesterin miqdarını aşağı salır, çox güclü antioksidant təsiri olduğundan şiş xəstəliklərinin müalicə və profilaktikasında əvəzolunmaz hesab olunur. Tərkibi kalsiumla zəngin olduğundan qadınlarda klimakterik dövrdə və sümük əriməsi – osteoporozda çox faydalıdır. Tam təbii vitamin və mineral qaynağı olmaqla yanaşı qan durulaşdırıcı təsiri vardır. Bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır. Bir sözlə, nəinki şəkər xəstələri, hətta sağlam insanlar üçün də çox faydalıdır.

Şəkər xəstələri üçün resept:

  • Zeytun meyvəsi – 300 qram
  • Zeytun yarpağı – 200 qram
  • Alma – 3 kq
  • Qaragilə meyvəsi – 100 qram
  • Güldəfnə toxumu – 100 qram
  • Çörəkotu toxumu – 100 qram
  • Naxçıvan duzu – 2 çay qaşığı
  • Bal – 4 xörək qaşığı
  • Alma sirkəsi – 0.5 litr
  • Su – 3 litr

Əvvəlcə yaşıl zeytun meyvələri yuyulur, kəlbətinlə tumları içində qalmaq şərtilə sındırılır, sonra zeytun yarpaqları xırdalanır, bütün toxumlar qəhvəüyüdəndə üyüdülür, alma qabıqlı vəziyyətdə sürtgəcdən keçirilir, su, sirkə, duz və bal əlavə olunur. Alınan qarışıq şüşə bir qaba tökülür, ağzı tənziflə bağlanır, otaq temperaturunda tam sirkə halını alana qədər, təxminən 2 aya yaxın saxlanılır.

Sirkə hazır olandan sonra süzülür, gündə 3 dəfə 1 xörək qaşığı 1 stəkan suya əlavə edərək yeməkdən əvvəl içilir(Mədə problemləri olanlar gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərlər). Sirkəni yeməklərə, salatlara, meyvə şirələrinə də qarışdırıb istifadə etmək olar.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.