Səpgilər əleyhinə evdə hazırlanılan krem

səpgilərə qarşı

Həm uşaqlarda, həm böyüklərdə, hətta yeni doğulmuşlarda belə əmələ gələn səpgilər əleyhinə bu kremdən istifadə edə bilərsiniz. Həmçinin özünüz evdə hazırlaya bilərsiniz. Allergen deyil, bütün bədən, üz üçün istifadə edilə bilər.

Hazırlanılması:

  • Zeytun yağı (rafinə olunmamış olmalı) – 100 qram
  • Arı mumu – 50 qram
  • Propolis – 10 qram
  • Yatıqqanqal otu – 1 çay qaşığı

Deməli, əvvəlcə zeytun yağı  qızdırılır, sonra yatıqqanqal otu əlavə olunur, 5 dəq zəif qaynadılır. Sonra isə mum və propolis kiçik-kiçik doğranılaraq əlavə olunur və daha 1 dəq qaynadılır. Daha sonra oddan götürülür, süzülür və tam krem forması alana qədər bir şüşə qabda 10 dəq qarışdırılır.

Sonra adi bir krem qabına tökülüb ağzı bağlanılır. Kremdən bişməcələrdə, sızanaqlarda, səpgilərdə, irinləşmiş yaralarda, diatezlərdə gündə 2 dəfə nazik qatla dəriyə sürtülməlidir.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.