Sürmənin faydaları – İsmid sürməsi

ismid sürmə

Bəlkə də bir çoxlarının bu barədə məlumatı var, lakin sürmədən istifadə etməyənlər də çox olduğundan gözəl bir şəfa mənbəyinin xeyirlərini bir daha yada salaq.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sürmə haqqında gözəl sözlər söyləmişdir:

“Yatmazdan əvvəl gözlərinizə ismid sürməsi çəkin, çünki sürmə gözləri təmizləyir, görməni itiləşdirir, gözə parlaqlıq verir”.

Niyə məhz ismid sürməsi?

İsmid sürməsi qırmızıya çalan qara rəngdə bir sürmədir, hicaz bölgəsində rast gəlinən faydalı qazıntıdır, çox kövrək bir daşdır, bir-birinə sürtüləndə spesifik xoş bir ətri çıxır, tərkibi sinklə zəngindir, sadə dillə desək mineral daşdır.

Sürmənin faydaları nələrdir?

  • Kirpikləri möhkəmləndirir, uzadır.
  • Sürmədən mütəmadi istifadədən sonra kirpiklərarası çirklənmələr müalicə olunur.
  • Yeni və sıx kirpik əmələ gətirir.
  • Göz sinirlərini qüvvətləndirir.
  • Gözləri çox sulananlar üçün faydalıdır.
  • Göz yorğunluğunu aradan qaldırır.

“İçinə bir az müşk qatılmış sürmə yaşlılar və gözləri zəif olanlar üçün şəfadır.” (İbn əl-Qayyim, 459).

Sürmənin rəngi qaradır, ona görə də günəş şüalarını udur və günəş şüalarının gözün retina təbəqəsinə zərər vurmasının qarşısını alır.

Sürmə nəinki qadınlar, kişilər və uşaqlar da istifadə etməlidirlər, kişilər axşam yatmazdan əvvəl istifadə etsələr yaxşı olar. Sürmə sinkdən başqa arsen, bismut, dəmir, mis, qızıl, gümüşlə zəngindir, bunun hesabına gözlərimizi qidalandırır.

Bir sözlə, gözlərimizə lazım, dəyərli bir şəfa mənbəyidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.