Toyuq əti – fəsadları və faydaları

toyuq əti az

Bu gün ucuz olsun deyə valideyn mağazadan broyler toyuğu alır, bununla yanaşı qazlı şirin içkilər, çips və başqa bu kimi qidalar da rasiona girir. Amma bütün bunların əvəzinə uşaqlarımıza az da olsa sağlam kənd toyuğu və kənd yumurtası yedirtsək olmazmı?!

İstəsək, ən azından yediyimiz toyuğun bir qismini təbii olanı ilə əvəz edə bilərik. Bəli, bugün broyler toyuqlarına hər gün yumurta verməsi üçün verilən dərmanlar kişilərimizi kişilikdən salır, kişilərdə süd vəzlərində böyümələr baş verir, prostat vəzdə hiperplaziya 2 dəfə artıq rast gəlinir. Kişilərdə tüklər tökülür, qadın tipli tüklənmə yaranır. Amma xanımlar elə düşünməsinlər ki, broyler toyuqları təkcə kişilərə təsir edir. Bu günlərdə süd vəzin və uşaqlığın xərçəngi görün neçə dəfə artmışdır. Qız uşaqlarında erkən aybaşı halları, gənc qadınlarda aybaşı pozulmalarının olması həmin dərmanların nəticəsidir.

Ümumiyyətlə, qadın xəstəlikləri, sonsuzluq son dərəcə artmış və artmaqda da davam edir.

Broyler toyuğu yemək olarmı?

Broyler toyuğu şok verməklə öldürülür. Şok verilməyin nə olduğunu izah edim. Kəsilmədən öncə toyuğa elektrik şoku verilir və sonra başı kəsilir, bu zaman 200 qrama yaxın qan toyuğun bədənində qalır. Bu, müqəddəs kitabımız Quranda yazılan “qan bizə haramdır” əmrinə zidd olan bir əməldir. Bundan başqa bəzi fərdlər elektrik şokunun təsirinə dözməyib ölür, başları aparat vasitəsilə “Bismillah”sız kəsilir.

Bu da bizim halallarımıza və haramlarımıza qoyduğumuz “diqqət”. Unutmayın, haram tikə yeyən qəlbə iman girməz.

Onu da qeyd edim ki, broyler toyuğunun 1 kq olması üçün cəmi 3.2 kq yem sərf olunur. Özü də geni dəyişdirilmiş soyadan hazırlanmış yem. Belə toyuqlar fermada o qədər zərif olurlar ki, qucağa alınanda sümükləri sınır, bunun səbəbi yetişdirildiyi qısa müddət ərzində toyuğun kifayət qədər kalsium almaması və sümüklərinin bərkiyə bilməməsidir.

İmkan daxilində, kənd toyuğundan və yumurtasından istifadə etmək, broyler toyuğunu yemək məcburiyyəti olduqda onu arabir qəbul etmək lazımdır. Məsələn, bir dəfə yeyildikdən sonra bir həftə ara vermək yaxşı olar. Elə yeyəndə toyuqların kanserogen, yəni xərçəng törətmə təsiri az olur, orqanizm özü xərçəng əmələ gəlmə riskini önləyir.

Kənd toyuğu kalsium, dəmir və ən əsası zülalla zəngindir, həmin zülallar bədən hüceyrələrinin yenilənməsini təmin edir. Toyuq əti qanda xolesterin səviyyəsi yüksək olanlar və piylənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.