Ürək tez-tez döyünən zaman nə etməli?

tez tez döyünən ürək

Yaş artdıqca ürəkdə problemlər əmələ gəlməyə başlayır, əsasən də tez-tez döyünmələr, təzyiqin artması və ürəkdə səyrimələr baş verir. Bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyin torba şəklini almasına səbəb olur. Bu zaman mütəmadi istifadə oluna biləcək olduqca faydalı bir bitkini yadınıza salmaq istəyirəm.

Yemişan meyvəsinin dəmləməsi təzyiqi aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını və ürək vurğularının sayını azaldır. Onu da xatırladım ki, yemişanın vitamin və minerallarla zəngin tərkibi orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, immuniteti gücləndirir. Yemişan ürək ritmlərinin pozulması zamanı da çox faydalıdır, yemişan qan durulducudur ürəyinə stend qoymuş insanlar uzun zaman həm qan durulducu kimi, həm də təzyiq salıcı kimi uzun müddət istifadə edə bilərlər. Mən ürəyində stend qoydurmuş insanlara daha çox tövsiyyə edərdim ki, oktyabr ayının sonlarından başlayaraq yemişan yetişməyə başlayır, hətta bazarların demək olar hamısında kiloqram ilə satılır, yemişandan 3-5 kiloqram alıb sirkəsini hazırlayın, yemişan sirkəsi də üzüm və ya alma sirkəsi kimi hazırlanılır. Yemişan sirkəsindən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içmək lazımdır. Uzun müddətə içmək olar heç bir əks təsiri yoxdur, yalnız mədəsində problem olan şəxslər ehtiyyatlı olmalıdırlar, ya da gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərlər.  Yemişan dəmləməsi həm də çox yaxşı əsəbsakitləşdiricidir. Sonda xatırladım ki, müalicəvi yemişan qara yemişandır. 2 orta xr qaş yemişanı axşamdan 3 st su tutan termosda dəmləyib gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 st içmək lazımdır

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.