Xərçəngdən qorunmaq üçün çay

xərçəng əleyhinə çay

Ara-sıra xərçəng əleyhinə faydalı məsləhətlər paylaşılır, məsələn, çaşır kökü, birillik yovşan və s. haqqında məlumatlar verilir. İnsanlarımız da kütləvi şəkildə bu bitkiləri axtarır və kortəbii şəkildə qəbul edirlər. Belə paylaşımlar olanda mənə yüzlərlə insan müraciət edir. Xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün sizlərlə bir resept paylaşmaq istəyirəm, bu üsul qat-qat daha faydalıdır.

Hərəsindən 0.5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, şüşə bir balona tökülüb saxlanılır. Gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl  qarışıqdan 1 çay qaşığı götürüb 200 ml (1 stəkan) qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib içilir vəya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir. Düzdür, dadı xoşagələn olmasa da şəfalıdır, bunu həmin qarışım qurtarana qədər etsəniz nəticəni özünüz görəcəksiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.