Bal qarışdırılmış yağış suyu ölümdən başqa hər dərdə çarədir (hədisin izahı)

yağış suyu

Əvvəlcə bədənimizin qoruma funksiyasına baxaq. İnsan orqanizmi öz hüceyrələrini daima qorumaq üçün xaricdən gələn infekiyalara qarşı hidrogen peroksid (perekis) adlı maddə istehsal edir. Alimlərin araşdırmalarına görə bədəndə olan yaraların və xərçəng şişlərinin daxilində normal toxumalarımıza nisbətən daha az oksigen olur. Qanda oksigenin miqdarı nə qədər çox olarsa toxumaların qidalanması yaxşılaşır, metabolizm sürətlənir və orqanizm çarəsi olmayan xəstəliklərə az tutulur. Bütün bunları nəzərə alan bir sıra elm adamları damcı-damcı perekis içməyi məsləhət görürlər, hətta xərçəng xəstəliyində belə perekis içənlər vardır. Perekisin mədə-bağırsaq divarına yandırıcı təsirini nəzərə alsaq orqanizmi bol oksigenlə təmin etmək üçün yağış suyu içmək daha faydalıdır. Xatırladım ki, yağış suyunun da tərkibində təbii periks vardır.  Ən yaxşısı yaz yağışının suyudur, çünki yazda şimşək çox çaxır, havada ozonun miqdarı artır, belə sular oksigenlə daha zəngin olur. Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) belə demişdir: “Yağış suyu ilə bal şərbəti hazırlayıb için, bu, ölümdən başqa hər dərdə dəvadır.” Başqa bir hədisdə: “Yaz yağışını toplayın, bu suya 70 dəfə İxlas,  Fatihə, Fələq,  Nas surələrini oxuyub gündə 2 stəkan için, bu su bütün dərdlərin dərmanıdır”.

İkincisi

Müasir dövrdə bütün diyetoloqlar, elm adamları orqanizmin sağlamlığını qorumaq üçün bədənin turşu-qələvi nisbətinə diqqət etməyi lazım bilirlər. Bugün marketlərdə satılan ərzaqlara fikir versək görərik ki, onların əksəriyyəti bədənimizin mühitini turş istiqamətdə dəyişir və beləcə tarazlıq pozulduğundan sistem xəstəlikləri, şiş xəstəlikləri, şəkər, təzyiq və sair kimi patologiyalar baş verir. Nə qədər ki, insanlar yeməklərinə diqqət etmir, əhalinin sağlamlıq durumu getdikcə ağırlaşır.

Bəs bədəndə turşuluğun artmasının qarşısını necə almaq olar? Əvvəlcə bədəni turşlaşdıran qidalar xüsusən də konservləşdirilmiş məhsullar, vaxtı uzadılmış sənaye məhsulları, ət yeməkləri, hazır yeməklər, qazlı sular, müxtəlif şirniyyatlar rasiondan çıxarılmalıdır. Sonra isə orqanizmin mühitini qələviləşdirən qidalar, məsələn, təzə tərəvəzlər, göyərtilər, kəpəkli çörək, salatlar, qazsız su, meyvələr, meyvə quruları, ləpələr daha çox yeyilməlidir.

Amma bunlarla yanaşı adi çay sodasından istifadə edənlər, yəni bədəni qələviləşdirmək üçün gündə bir neçə dəfə sodalı su içənlər var. Belə insanlara məsləhət görərdim ki, sodalı suyun əvəzinə hidrokarbonatlı mineral sular içsinlər və ya hər gün bal şərbəti qəbul etsinlər. Bal şərbəti bədəni qələviləşdirmək üçün içilə biləcək ən faydalı və zərərsiz vasitədir, cəmi 30 saniyə ərzində bütün orqanizmə yayıla bilir. Bal şərbəti yağış suyunda hazırlandıqda yağış suyundakı oksigen və baldakı 1001 şəfa birləşərək mükkəməl bir içki əmələ gətirir. Bu da məlum olmuşdur ki, suya Quran oxunduqda onun molekulları çox harmonik bir naxış əmələ gətirir. Deməli su canlıdır suyu içəndə bismilləh demək suyun şəfasını artırmaq deməkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.