Bel, diz, boyun və bütün oynaq xəstəlikləri üçün məsləhətlər

oynaq ağrıları xəstəlikləri

Oynaq ağrılarının səbəbləri müxtəlifdir, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya – əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir.

Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondroz sonra isə  artrozdur.  Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır.

Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir.

Oynaq ağrıları zamanı faydalı resept:

  • Bal – 1 xörək qaşığı
  • Çay sodası – 1 xörək qaşığı
  • Naxçıvan duzu – 1 xörək qaşığı
  • Xardal tozu – 1 xörək qaşığı
  • Zeytun yağı rafinə olunmamış  – 1 xörək  qaşığı

Komponentlər bir-birinə qarışdırılır, oynağın üstünə çəkilərək strec sellofanla örtülür, 2 saatdan sonra yuyulub təmizlənir. Və ya 5-10 baş sarımsaq (oynağın böyük və kiçikliyindən asılı olaraq) soyulur 20 dəq buxara verilir və 50-100 qram təzə qoyun quyruğu ilə qarışdırılır oynaq üzərinə qoyulur bağlanılır sellofan işlətmək olmaz. Bağlanandan sonra 3 gün oynaqda saxlanılır

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.