Türkiyədə Ud hindi yağı istehsalı niyə qadağan edildi?

Ud hindi yağının Türkiyədə satışı qadağan edildi. Türkiyədə inkişaf etmiş kimyəvi dərman zavodları əvvəlcə uzun illər həcəmət edənləri həbs etdirdi. İndi həcəmətin qarşısını ala bilmədikləri üçün Peyğəmbərimizin (sallalahu əleyhi və səlləm) ən çox örnək göstərdiyi iki bitkidən biri olan ud hindinin yağını qadağan etdilər. (digər bitki isə qarazirədir).

Qrip, haymorit, frontit, oynaq ağrıları, onirğada osteoxondroz, boğazda iltihablanma və artıq ət, hətta hipofiz vəzinin törəməsinə belə fayfalı olan ud hindi yağının, guya ki, bir qrup insanların şikayəti ilə istehsalına qadağa qoyulub. Nəyə görə o bir qrup insan illərdir insanları zəhərləyən hormonal dərmanlar, anabolik dərmanlar, hamiləlik qarşısını alan dərmanlar, hansı ki istifadə edən qadınlarda xərçəng riskini çoxaldır, ağır metal duzları, aspartam, tutanium dioksid və sairə kimi insanların sağlamlığı ilə oynayan dərmanları şikayət etmirlər.

Məni təəccübləndirən isə odur ki, belə bir qanun müsəlman ölkəsində həyata keçirilir.

Haqq nazilər amma üzülməz!

Fizuli Hüseynov

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.