Diz ağrıları zamanı gəzmək lazımdır yoxsa yox?

diz ağrıları

Diz ağrılarında, yəni artrozlarda, artritlərdə demək olar dəqiq bir müalicə üsulu yoxdur.

Bəzi həkimlər xəstələrə asta-asta gəzmək desələr də bəziləri qəti surətdə qadağan edirlər. Bu qadağanı isə onunla əsaslandırırlar ki, gəzən zaman oynaqlar bir-birinə sürtünür və daha da ağırlaşır. Bu məqaləni axıra qədər oxusanız, buna cavab tapacaqsınız.

Bir gün yanıma yaşlı bir türk gəldi, bir az şikayətləri vardı, söhbətləşdik, gedəndə mənə bunları söylədi. Deyir -“20 il bundan əvvəl mənim və xanımımın dizlərində ağrılar başladı, həkimə getdik həkim bizi rentgen etdirdi və hər ikimizin də dizində artroz olmağını dedi, hər ikimizə mazlar və dərman yazdı, sonra arxasınca dedi ki, bu dərmanlar ağrı kəsmək üçündür, bunlar sizi müalicə etmir, siz gərək gəzməyəsiniz, gəzdikcə oynaqlar bir-birinə sürtünəcək və daha çox zədələnəcək. Mən həkimə bir usta olduğumu dedim, mən işləməsəm acından ölərik, amma xanım evdar qadındır o gəzməyə bilər. Beləcə üstündən 2 il keçdi, 2 ildən sonra xanımın ayaqları tamam tutuldu, mənimki isə sağaldı, yenə həmin həkimin yanına getdik çox acıqlandım. Həkim bizi dinləyəndən sonra bir kitab çıxardı, orda artrozun müalicəsi haqqında tam hərəkətsizlik yazılmışdı mən də elə etmişəm.

Nəticəni özünüz çıxarın.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.