Əllərə qulluq üsulları

əllərə qulluq

Aşağıda bir neçə reseptlər yazıram ki  bunlar vasitəsiylə  yumşaq çatlaqsız bir əl dərisinə sahib ola bilərsiniz. Əl dərisinə çalışın təbii vasitələr çəkin sənaye üsullu  kremlərdən bacardığınız qədər uzaq olsanız yaxşıdır çünki tərkibi başdan başa kimyəvidir əllərə çəkilməsinə baxmayaraq bədən üçün allergendir.

  • Rafinə olunmamış zeytun yağı əllərə çəkmək əl dərisi üçün mükəmməl qidalandırıcıdır.
  • Rafinə olunmamış zeytun yağı 1 çay qaşığı limon şirəsi yarım çay qaşığı qarışdırıb əllərə şəkə bilərsiniz.
  • Alma sirkəsini ilə qliserin bir birinə qarışdırın əllərə və çatlamış dabana çəkib masaj edə bilərsiniz.Limon şirəsi ilə qliserin bir birinə qarışdırın əllərə çəkin 
  • Gülxətmi kökü 1 çay qaşığı yarım qaynar su bir birinə qarışdırın 1gün saxlayıb süzün su jele kimi olacaqdır əllərə çəkə bilərsiniz.
  • Süd yarım stəkan səhləb tozu yarım çay qaşığı bir birinə qarışdırın 5 dəq qaynadın 1 gün soyuducuda saxlayın gündə 3 dəfə əllərinizə şəkin.
  • Təbii inək südündən hazırlanmış xama 1 xörək qaşığı limon şirəsi q çay qaşığı bir birinə qarışdırın gündə 2dəfə əllərə çəkə bilərsiniz. 
  • 1 stəkan rafinə olunmamış zeytun  yağına 1 dolu xörək qaşığı xna qarışdırıb içinə spiçka qutusu boyda mum qarışdırıb hamısını birlikdə 3 dəq qaynadın oddan götürüb qatışdırıb soyuducuya qoyun hər axşam əllərə çəkib üstdən bağlayıb yatın səhər açıb atın. 
  • 1 xörək qaşığı bal 1 xörək qaşığı alma sirkəsi qarışımı əl ayaq və sifət üçün mükəmməl bir yumşaldıcıdır.
  • 1xörək qaşığı soda 1 stəkan alma sirkəsi 1 litr su 1 ovuc buğda kəpəyi 1 ovuc arpa kəpəyi hamısı birlikdə 10 dəq qaynadın soyuducuda saxlayın gündə 1 dəfə axşamlar əlləri bu suyun içində 15 dəq saxlayın qurulayın. 
  • Hər axşam əllərə adi  qoz yağı ılə hindistan qozu yağını bir birinə qarışdırın əllərə çəkə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.