Əvvəlcə adamı dəli edir, sonra öldürür – zəhərli bitkiləri tanıyaq

Dəlibəng

Dəlibəng bitkisi əvvəlcə adamı dəli edir, sonra öldürür. Azərbaycanın hər yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir neçə yerində ona rast gəlmişəm.

Dəlibəng zəhərli bir bitkidir. Tərkibi alkaloidlərlə zəngin olduğundan çox kiçik dozada dərman vasitəsi kimi istifadə olunur. Amma bu bitki özbaşına yox, xüsusi təyinatlar əsasında qəbul oluna bilər. Astma xəstəliyinin müalicəsində dəlibəng yarpaqlarının qurudularaq adi siqaret kimi çəkilməsi boğulma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində çox miqdarda olan alkaloidlərin sayəsində çox güclü ağrıkəsici təsirə malikdir. Yarpaqlarının dəmləməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər.

Dəlibəng
Dəlibəng bitkisinin meyvəsi

Meyvəsi qozdan biraz böyük, üstü tikanlı olur, partlayır və içində qara toxumlar görünür. Bu toxumları yeyənlər əvvəlcə dəli olur və müxtəlif qəribə hərəkətlər edirlər. Məsələn, gözlərinə yanan bir işıq görünür və gördükləri işığın ardınca qaçırlar, durmadan qaçırlar, bəzən qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər ki, işıq göyə qalxdı və s. Bunlara tibdə hallüsinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə, insan həyatını itirə bilir. Əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər.

Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibəng dəmləməsi tökürmüşlər. Gözə tökülən dəlibəng göz bəbəklərini genişləndirir və xanımların daha da gözəl görünməsinə səbəb olurmuş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımların gözü, xanımotu kimi adlar da verilibmiş. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi bu bitkidən istifadə olunurmuş.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.