Haylulə (qaylulə) yuxusu hamıya lazımdır

haylulə qaylulə

Haylulə (qaylulə) nədir?

Haylulə yuxusu əsasən günorta vaxtı 20-30 dəqiqəlik yatmaq zamanıdır. Günorta yeməyindən sonra yarım saatlıq yatmaq Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən bəyənilmiş və səhabələrə də məsləhət görmüşdür. Haylulə yuxusu insan üçün çox önəmli və faydalı bir yuxudur, beləki günorta yarım saat yatmaq axşam yuxusunun 2 saatına bərabərdir qaylulə yuxusu yatan şagirdlər yatmayanlara nisbətdə 50 faiz daha yaxşı nəticə göstərmişlər. Amerikada Harvard Universitetində könüllülər arasında aparılmış tədqiqatlar: günorta yatan insanlar yatmayanlara nisbətdə gümrah olmuş, iş qabiliyyəti yüksəlmiş, göz yorğunluğundan əziyyət çəkməmişdilər.

Ümumiyyətlə səhər gec qalxan insanlar özlərini yorğun halsız hiss edirlər, səhər çox yatılması həm dinimizdə həm də elmdə bəyənilməyən bir haldır amma səhər tezdən qalxıb günorta azacıq yatılması səhərdən günortaya qədərki yorğunluğu götürür və günortadan sonra isə yeni ruhla işə başlamağa səbəb olur. Əsəbi olanlar, panik atakadan əziyyət çəkənlər, özlərini həmişə yorğun hiss edənlər, zehni işlə daha çox çalışan insanlar, imtahana hazırlaşan insanlar üçün qaylulə yuxusu çox önəmlidir. Depressiyadan əziyyət çəkənlər bunu mütləq sınayın səhər tez qalxın günorta yarım saat yatın bu sizə çox gümrahlıq gətirəcək zaman-zaman mənfi yüklənmədən azad olacaqsınız İnşAllah. Skandinaviya ölkələrində aparılmış tədqiqatlar daha heyrətamizdir günorta yatanlarda ürək daha normal çalışmış, ürək qan damar sistemində problem olanlar günorta yuxusundan sonra özlərini daha yaxşı hiss etmişlər. Sonda niyə bu qədər xarici alimlərin tədqiqatlarını yazıram əvvəla bəzilərimiz təsüflər olsun ki, dinimizdən gələn reseptlərə inanmırıq, bu tədqiqatların nəticələrini yazmaqda məqsədim bizim dinimizdə artıq heçnəyin olmadığını çatdırmaq, yazılanlara əməl etmək bizlərə ziyan yox xeyir gətirə bilər İnşAllah.