Qozlu ballı suyun faydaları

qozlu ballı şərbət

Axşam yatmazdan əvvəl 1 stəkan çiy suya 2 ədəd qoz, 1 dolu çay qaşığı təmiz bal qarışdırıb qoyun kənara. Səhər yeməyindən ən azı 1 saat əvvəl şərbəti için qozları isə yeyin. Xatırladım ki, şərbət çox dadlı qozlar isə adi qoz dadından çox dadlıdır.

Qozlu ballı şərbətin faydaları:

  • Qan dövranını yaxşılaşdırır, həmişə əlləri ayaqları soyuq olanlar üçün faydalıdır.
  • Səhər ac qarına bunun içilməsi və yeyilməsi bütün gün boyu insanın gümrah qalmasına səbəb olur.
  • Davamlı içilməsi davamlı bir immunitet əmələ gətirir.
  • Qoz və bal beynimiz üçün əla bir qida vasitəsidir. Beyin qan dövranı, diqqət, yaddaş, baş ağrıları üçün faydalıdır. Buna səbəb qozda zəngin omeqa 3 və gümüşdür.
  • Mədəaltı vəz iltihabı (xroniki pankreatit) xəstələri üçün faydalıdır, sadəcə belə xəstələr yeməkdən 2 saat əvvəl içməlidirlər.
  • Səhər ac qarına içilməsi orqanizmi xərçəng olmaqdan qoruyur.
  • Arıqlamaq istəyənlər üçündə faydalıdır çünki piyləri əridir oksidləşmə, reduksiya prosesini artırır.
  • Uzunmüddətli istifadədən sonra yüksək xolesterin normaya düşür.
  • Yod çatışmazlığı (zob) xəstələri üçün əla bir vasitədir gündən günə yüksəlmiş TSH hormonu normaya düşəcəkdir.
  • Kista və miomadan əziyyət çəkənlər üçün faydalıdır.
  • Tərkibindəki zəngin minerallar saç tökülməsinin qarşısını alır.
  • Süd verən analar üçündə faydalıdır südü artırır.
  • Üzunmüddətli istifadədən sonra saçlar qalınlaşır dəri parlaqlaşır.
  • Davamlı şəkildə içilməsi qanda yüksəlmiş sidik turşusunu aşağı salır bunulada pəncə daban diz ağrılarını azaldır.
  • Məktəbli uşaqlar, imtahana hazırlaşan yeniyetmələr üçün olduqca faydalıdır həm orqanizmi vitamin mineral aminturşu ilə təmin edir həm yüngül əsəb əleyhinə təsiri var həmdə beyinin qavramasını (əzbərləmə) artırır.
  • Bu qarışım yüngül işlədici olduğundan babasil olanlar üçün faydalıdır.
  • Qan azlığı olanlar üçün faydalıdır.
  • Şəkər xəstələri və yüksək təzyiqdən əziyyət çəkənlər bal qarışdırmadan tək qozu suya qoyaraq içməlidirlər.
  • Bu qarışım allergenlərə qarşı davamlılığı artırır. Zaman-zaman içilməsi allergiyanın aradan qalxmasına səbəb olur.
  • Bu qarışım uzun zaman öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır.
  • Sonda xatırladım ki, dadını kimsə xoşlamasa 1 ədəd qoz istifadə etsin bal isə zövqə uyğun olaraq 1 xörək qaşığına qədər qaldıra bilərsiniz.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.