Klimakterik (menopauza) dövrünü uzatmaq üçün çarələr

menopauza dövrü

Bu bizim əziz qadınlar üçün ən önəmli bir vasitələrdir desək yanılmarıq məncə. Qadın özünü qadın kimi hiss etməsi, cəmiyyətdə və ailədə problemsiz yaşaması üçün və ən əsası özünü sağlam etməsi baxımından çox önəmlidir. Əgər hansısa bir qadında erkən menopauza baş verirsə belə qadınlarda ruh düşkünlüyü, hansısa bir xəstəlik axtarma hormonal pozğunluqlar və ən əsası belə insanların özlərini xəstə hiss etmələri həmişə narahçılıqlara səbəb olmaqdadır. Normalda qadınlarda 50 yaşdan sonra klimaks dövrü başlamalıdır amma sağlam həyat tərzi qura bilən qadınlar bunu ən azı 5-7 il uzada bilərlər bunu necə etməyin yollarını yazıram İnşAllah. Xatırladım ki, bəzən 40 yaşdan sonra başlamış klimaks normal bir hal deyil bununda səbəbləri vardır yenədə bu səbəblər haqqında məlumatlandıracam İnşAllah. Yaxşı olar ki, hər bir qadın yazdıqlarıma ən azından 45 yaşdan sonra daha çox diqqət etsinlər və əməl etməyə çalışsınlar. Klimakterik dövrü tezləşdirən səbəblər. Tez-tez abort etdirmək, hamiləliyin qarşısını alan dərmanlardan çox istifadə etmək, hormonal dərmanlardan çox istifadə etmək (bu başqa hormonlarda aiddir məsələn zob), stres, daimi əsəbi şəraitdə yaşamaq, piylənmələr, antidepresantalardan çox istifadə etmək. Ümumiyyətlə kimyəvi dərmanlardan çox istifadə etmək, kimi hallar klimakterik dövrü tezləşdirirlər. Klimakterik dövrün gec olması üçün saydığım ziyanlardan bacardıq qədər uzaq olmaq və aşağıdakıları etmək lazımdır.

Hicama (həcəmət) və zəli

40 yaşından sonra hər bir qadın hər 2-3 aydan bir başdan kürəkdən və beldən hicama etdirməlidirlər. Hicama bədəndəki toksinləri xaricə atır yeni qan əmələ gətirir, depresiya əleyhinə təsiri vardır, əhval ruhiyyəni yüksəldir və sonunda bütün bunlar klimakterik dövrün baş verməsini gecikdirir. Sonra zəli qoymalı yaxşı olar ildə 2 dəfə qoyulsun hər dəfə boyun, kürək, bel, qarın üstü büzdüm nöqtələrinə hər 7 gündən bir 6-8 ədəd zəli qoyulsun zəli orqanların qidalanmasını yaxşılaşdırır, qanı duruldur və qan dövranını yaxşılaşdırır.

Güldəfnə (hilba)

Klimakterik dövr baş verəndə qadın hormonları olan proqesteron və esterogen istehsalı azalır bundan sonra adət dönəmləri yavaş-yavaş gec-gec olmağa başlayır və sonda kəsilir deməli başlanğıc hormonlar azalandan sonra başlayır onda hormonların miqdarını artıran bitkilərin qəbulunu etmək lazımdır. Mən deyərdim ki, bu bitkilərin başında gələn bitki Güldəfnədir (hilba) bəlkədə səhf etmərəm.

Deməli bitkilər bu formul üzrə içilsə yaxşı olar. 2 ay, gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı güldəfnə 1 stəkan suda 5 dəqiqə zəif qaynadılır 10 dəqiqə dəmlənilir ilıq vəziyyətdə istərsəniz bal qarışdırıb içə bilərsiniz. 2 aydan sonra 15 gün fasilə verin ərküdə və aslan pəncəsi bitkilərini bir birinə qarışdırın, qarışıqdan 2 orta xörək qaşığı 3 stəkan suda dəmləyin gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için, bunu 2 ay için sonra 15 gün fasilə verib soğan suyu için deməli 4-6 ədəd soğanı 1 litr suda 5 dəq qaynadın 10 dəq dəmləyin süzün və gün ərzində için bunu 1 ay edib 10 gün fasilə verin adaçayı bitkisinə başlayın, adaçayını gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib için bunu 20 gün edin və 10 gün fasilə verib müalicəyə başdan başlaya bilərsiniz. Xatırladım ki, müalicə dövründə süd məhsullarının qəbulunu artırmalısınız bunun üçün ən faydalı olan gündə 2 stəkan kefir içməkdir içdiyiniz hər bir stəkana 1 çay qaşığı zəyərək toxumu qarışdırıb için bu çox faydalıdır. Hər gün ən azından 30 dəqiqə (2 saat etsəniz çox yaxşı olar) açıq havada yeyin-yeyin gəzin, əsəb skitləşdirici bitkiləri arada içmək və yaxşı yatmaq çox önəmlidir məsələn, axşamlar yatmazdan əvvəl 1 stəkan süddə 1 çay qaşığı çobanyastığı dəmləyib içmək çox faydalıdır. Sonda xatırladım ki, ud hindi və qarazirə sizin hormonal pozuntuların qaşısını almaq üçün sizin istifadə edə biləcəyiniz ən yaxşı vasitələr olmalıdır. Deməli qarazirə gündə 3 dəfə 1 çay qaşığı toxum ağıza atılır üstündən su içilir qarazirə həm də insanın gec qocalmasına vəsilə olur dərini parlaq və cavan edir saçların ağarmasının qarşısını alır hətta saçları qaraldır və canlı edir. Ud hindidə qarazirə kimi istifadə olunur və yaxşı olar ki növbəli şəkildə hərəsindən 1 ay olmaq üzrə qəbul olunsun. Ud hindi və qarazirə həmdə sizləri xərçəng olmaqdan qoruyur. Sonda xatırladım ki, qafqaz qadınları 60 yaşında ana olublar və bu davam etməlidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.