Öd daşı üçün çarələr

Öd daşı üçün təbii çarələr

Öd daşı müalicəyə çox çətin tabe olan bir xəstəlikdir.

Əgər sizdə belə bir xəstəlik varsa, birinci növbədə səbirli olmaq, daşı parçalayan və güclü ödqovucu təsirli bitkilərin qəbulundan çəkinmək lazımdır. Çünki daş böyük olan zaman öd axacağını tuta bilər, bu da dəhşətli ağrılarla nəticələnə bilər. Daşları əritmək üçün 1 ay boyunca gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığırafinə olunmamış  zeytun yağı içilməli, həmin müddətdə 10-15 ədəd iydə yeyilməli, həmçinin gündə 1 dəfə 1 ədəd ağ turp yeyilməlidir.

Bu müalicəyə başlamazdan əvvəl və sonra nəticəni bilmək üçün daşların ölçüsü USM ilə təyin olunmalıdır. Əgər müalicədən əvvəl öd daşlarının ölçüləri 3 millimetrdən böyük deyilsə, qatırquyruğu dəmləməsi içilə bilər. 2 xörək qaşığı qatırquyruğu bitkisi 3 stəkan suda 10 dəqiqə dəmlənib termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Öd daşının müalicəsi

Mənim ən çox istifadə etdiyim üsullardan biri gün ərzində 1-2 litr yağış suyu və ya distillə olunmuş su içməkdir. Bu zaman öd daşları kiçik hissəciklərə parçalanmır və qum şəklində xaric olur, bu səbəbdən də öd yollarını tutmur. Bu üsul uzun zaman tələb etsə də təhlükəsizdir. Daşın ölçüsündən asılı olaraq distillə olunmuş su 2-3 ay içilir. Bu üsulla öd daşları ilə yanaşı böyrək daşlarını da əritmək olar.

Ud hindi öd daşlarını əritmək üçün mükəmməl bir çarədir, əgər öd daşlarınız UZİ-də kölgə verən daşlar deyilsə (kölgə verən daşlar ərimir və ya çox az əriyir) gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozu ağıza atılır, üstdən 1 stəkan su içilir. Müalicə müddəti 2 ay.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.