Oynaq ağrıları üçün məsləhət

oynaq ağrıları

Əl, qol, bilək, diz, topuq, bel, boyun və digər oynaqlarda problem yarananda bu reseptdən istifadə etmək olar. Ödem olanlar ondan istifadə etməməlidir. Müalicənin heç bir ziyanlı tərəfi yoxdur, oynaqları elastikləşdirir, qidalanmasını yaxşılaşdırır və yavaş-yavaş ağrıların aradan qalxmasına səbəb olur.

0,5 kq mum qazana tökülərək əridilir, tam əriyib qurtarandan sonra ocaq söndürülür, toz formada 100 qram vərəmum (propolis və ya vərəmum 1 gün soyuducuda dondurulur, sürtgkəcdən keçirilir, xırdalanır) əlavə edilərək qarışdırılır, mum yavaş-yavaş bərkiyib əvvəlki formasını alır. Dizdə problem olanda təxminən 100 qram götürülərək qaynatmadan yavaş-yavaş əridilir, sonra kağız üzərinə yayılaraq parafin kimi oynağa yapışdırılır, üzəri pambıq parça ilə bağlanır, mum bərkidikcə dəridən qopur, müalicənin daha da səmərəli olması üçün mumu oynaq üstünə qoyan kimi təxminən 10-15 santimetr məsafədə yanan adi otaq lampasının altında saxlamaq lazımdır. Onda mum yavaş-yavaş bərkiyir və daha yaxşı təsir edir.

Prosedur 15-20 gün ərzində gündə bir dəfə aparılır.

Üzündə civzə, qırış, sızanaq və aknelər olanlar da prosedurdan istifadə edə bilərlər. Mumdan təkrar istifadə etmək mümkündür.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.