Peyğəmbərimizdən (s.a.v.) müalicə üsulları

Bal müalicə

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz. Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) sağlam qidalanmaq haqqında da vacib tövsiyələr vermişdir:

– Yeməklərin çeynənilmədən udulması;

– Vücudumuza lazımından çox qida girməsi;

– Girən qidaların çox azının yararlı olması;

– Çoxlu qidalanmadan sonra həzmin bədənə ağır gəlməsi;

– Növbənöv yeməklərin birlikdə yeyilməsi sonunda xəstəliklərə səbəb olur.

İshal

Bir gün bir bədəvi ərəb Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) qardaşının qarın ağrısından şikayət etdi. Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) bal şərbəti içməsini söylədi. Adam birazdan yenə gəlib şikayətlənməyə başladı. Bu minvalla adam 4 dəfə gəldi, sonda Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) “Allah sözündə doğrudur, sənin qardaşının qarnı yalançıdır” – deyə buyurdu.

Bal

– Bağırsaqlarda, damarlarda və orqanlarda olan toksinləri təmizləyir;

– Yeyilməsi və dəriyə sürtülməsi insanı sağlamlaşdırır;

– Qocalar və bəlğəmli öskürəyi olanlar üçün ən gözəl qidadır;

– Soyuqdəymənin fəsadlarını aradan qaldırır, təbiəti yumşaq olduğundan içinə atılan bütün maddələrin özəlliyini qoruyur;

– Xoşagəlməyən dərmanlar balla qarışdırıldıqda dadı yaxşılaşır:

– Döş qəfəsini və ağciyərləri təmizləyir, sidiyi artırır, öskürəyi kəsir;

– Bal şərbəti göbələklə zəhər-lənmədə ən yaxşı dərmandır,

– Bədənə və saçlara düşən bitləri öldürür;

– Göz qaralmasında bal sürmə kimi gözə çəkilir;

–Səhər acqarına bal yeyilməsi mədənin daxili divarını möhkəmləndirir, böyrək və sidik yollarındakı xəstəlikləri aradan qaldırır;

– Bal çıxarı olmayan qida vasitəsidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.