Ayaqlarda döyənək, göbələk, daban mahmızı, qoxu, ziyil

ayaq

Ayaqlarda döyənək

Əgər ayaqlarınızda döyənək sintetik sirkə (essensiya) ilə unu qarışdırıb xəmir formasına salın, döyənəyin üstünə qoyun, amma xəmiri qoymazdan əvvəl yapışqan bantla döyənəyin ətraf toxumalarının üzərini bağlayın. 2-3 dəfədən sonra döyənək düşəcəkdir.

Daban mahmızı

Təzə gicitkəni əzib dabanın altına mahmızın üzərinə qoyun, bunu mahmız sağalana qədər hər gün edin. Və ya pul bibər toz formasına salınır, axşamdan dabana çəkilir, bağlanılır. Nazik təbəqə ilə çəkilməlidir ki, yandırmasın hər gün aptekdə satılan plastrı dabana yapışdırmaq faydalıdır.

Ayaqlarda göbələyin müalicəsi

Ayaq barmaqlarınızda göbələk varsa, təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlarınızı silin, sonra ayaqlarınızı yumayın. Ayaqlar tam sağalsa da prosedura davam edin, çünki göbələk sporları gec məhv olur.

Ayaq qoxusu

Bəzi insanların ayaq qoxusu normal insanlarla müqayisədə daha çox olur. Bunun səbəbi ayaqların çox tərləməsidir. Qarşısını almaq üçün 50 qram adaçayı bitkisi 500 ml suda 5 dəqiqə qaynadılıb gündə iki dəfə ayaqlara vanna edilir.

Ayaqlara xına qoymaq ayaq iyini azaldır.

Ayaqlardakı ziyil

Ziyil üçün yaxşı vasitələrdən biri ziyilin üstünə əncir südü tökməkdir. Ziyilin psixoloji olaraq müalicəsi də vardır, xüsusən ziyil çoxdursa, qaraciyəri dərinin ziyilli bütün hissələrinə çəkin, sonra ciyəri torpağa basdırın və hər gün ziyillərə baxın. İnanın ki, qaraciyər torpaqda çürüdükcə ziyillər də çürüyüb töküləcəkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.