Podaqra – bitkilərlə müalicə

Podaqra xəstəliyi

Podaqra nədir?

Podaqra orqanizmdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir. Bu xəstəlik zamanı ayaq baş barmağının çöl hissələrində, dabanların altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur. Əgər sizdə belə hallar varsa, qanın analizini vermək lazımdır. Bu zaman sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra əlamətləri var. Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünki bu zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur. Podaqra daha çox ət yeyən, əsasən mal əti yeyən insanlarda olur. Bu zaman ət, balıq, göbələk kimi yeməklər azaldılmalı, təzə tərəvəz yeməkləri, əsasən salatlar daha çox qəbul edilməlidir. Orqanizmdə bu zaman daha çox turş mühit yarandığından mütləq hidrokarbonat mənşəli mineral sulardan gündə 2 stəkan içilməsi məsləhətdir ki, bədənimizin mühiti qələviləşsin.

Podaqranın bitkilərlə müalicəsi

Gündə bir dəfə yeməkdən əvvəl bir xörək qaşığı alma sirkəsi içmək də faydalıdır.

Gündə bir dəfə yeməkdən əvvəl bir xörək qaşığı zeytun yağı (rafinə edilməmiş) içmək xeyirlidir.

Podaqra üçün resept:

  • Ayıqulağı – 100 qram
  • Mərcangilə yarpağı – 200 qram
  • Qatırquyruğu otu – 100 qram
  • Quş qırxbuğumu otu – 100 qram
  • İtburnu meyvəsi- 100 qram

Bu bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda termosda dəmləyin, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan için. Daha bir resept: günəbaxan kökləri qurudulur, qurudulmuş günəbaxan köklərindən 2 xörək qaşığı 3 stəkan suda 5 dəq. qaynadılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir (1 ay). 1 aydan sonra ud hindi qarazirə tozu qarışımı  qəbul edə bilərsiniz həm böyrəkləri, həm də yüksəlmiş sidik turşusunu aşağı salmaq üçün əla bir vasitədir. Qarışım  gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.

Müalicə müddəti 2 ay.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.