Sarımsağın faydaları

Sarımsağın faydaları

Bəlkə də hamı bilir ki, sarımsaq çox faydalıdır, amma yenə də xatırlasaq yaxşı olar. Çində xərçəng xəstəliyi çox geniş yayılmış bir kənd var ki, bunun səbəbini kənd əhalisinin qidada meyvə və tərəvəzdən heç istifadə etməməsi ilə əlaqələndirirlər. Bolqarıstanda isə bir kəndin sakinləri arasında demək olar ki, xərçəng xəstəliyinə rast gəlinmir, çünki onlar hər gün sarımsaq yeyirlər.

Sarımsağın tərkibindəkilər

Sarımsaq mineral və vitamin deposudur desək, yanılmarıq. Tərkibində A, B, C vitaminləri, kükürd (sarımsağın spesifik qoxusu onunla əlaqədardır), maqnezium, yod, 21 növ təbii antibakterial maddə və s. var. Çox güclü mikroböldürücü xassəyə malikdir. Xüsusən də qrip viruslarını öldürür, qrip və soyuqdəymənin ağırlaşmasının qarşısını alır, həmçinin sarımsağın təkibindəki uçucu yağlar otaq havasındakı virusları da məhv edir və nəhayət, sarımsaq yeyən adamın ağzından iy gəldiyi üçün hamı ondan uzaq olur və qripə yoluxmur.

Hər gün sarımsaq yeyilməsi qan damarlarını rezin kimi elastik edir, qansızmaların qarşısını alır, infarkt, insult, yüksək təzyiq, qanda yüksək xolesterin kimi xəstəliklərə tutulma riskini azaldır.

İsveçrədə məktəbli uşaqları sarımsaq yeyib gəlməyə məcbur edirlər, çünki sarımsaq yeyən uşaqlar digərlərinə nisbətən yoluxucu xəstəliklərə, əzələ qıcolmalarına və əzələ iflicinə daha az tutulurlar.

Mən məşhur alim və təbibimiz İbn Sinanın reseptlərinə baxanda təəccüb edirəm, çünki onun ən çox istifadə etdiyi müalicə vasitəsi sarımsaqdır. Bir gün bir qadın uşağını İbn Sinanın yanına gətirir və uşağın hər gün qaşınmasından şikayət edir. İbn Sina yağ ilə sarımsağı qarışdırıb anaya verir və uşağa sürtməsini buyurur. Qayıdanda həmin dərmandan ananın da qaşınma yerinə çəkdiyini görür və “belə etməsəydiniz nə uşağınız, nə də siz sağalmazdınız” deyir.

Əgər qulağınızda, qulaq ətraflarında, hətta üzünüzdə güclü ağrılar və qulağınızın yalnız birində küy varsa 1 diş sarımsağı həmin qulağın içinə qoyun, yarım saat gözləyin və götürün, dərini qıcıqlandırmadıqda daha çox saxlayın. Bunu gündə bir dəfə edin, ağrılarınız keçəcəkdir.

Sarımsağın faydaları:

– Ürək əzələsini qüvvətləndirir, vurma gücünü artırır
– Dəridə olan yaraları sürətlə sağaldır
– Damarların mənfəzini genişləndirir
– Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində, kəskin və xroniki bronxitdə istifadə olunur
– Revmatizm zamanı faydalıdır
– Bağırsaqda disbakterioz səbəbindən baş verən qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır
– Vərəm xəstəliyində istifadə olunur
– Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır
– Qanı toksin və mikroblardan təmizləyir
– Çox güclü əsəb sakitləşdiricidir
– İştahanı artırır
– Yuxunu dərinləşdirir
– Cinsi istəyi artırır
– Bağırsaqda parazitlik edən bütün qurdları məhv edir
– Müğənnilər üçün faydalıdır, çünki səsi gözəlləşdirir
– Saç tökülməsinin və ağarmasının qarşısını alır
– Dərinin ziyil və çiban kimi xəstəliklərinin qarşısını alır
– Böyrəkləri çalışdırır, sidikqovucudur, daş əmələgəlmənin qarşısını alır
– Bağırsaqda çürümə törədən zərərli bakteriyaları öldürür, bununla da ömrü uzadır
– Bağırsaq göbələyinin qarşısını alır
– Prostatitdə və qadınlarda yumurtalıqların iltihabında faydalıdır
– Qanı durulaşdırır
– Qanda şəkərin miqdarını normallaşdırır və qan dövranını nizamlayır
– Boğazgəlmələrdə (angina) və faringitdə faydalıdır
– Əzələ qıcolmalarında faydalıdır
– Zobun profilaktikasında istifadə olunur
– Qan təzyiqini aşağı salır.

Amma nə qədər saysaq da sarımsağın ağzımızdan gələn iyi onun istifadəsini məhdudlaşdırır. 

Sarımsaq qoxusunu azaldan vasitələr

Sarımsaq yedikdən sonra cəfəri və ya quru qəhvə çeynəmək pis qoxunu götürür. Həmçinin mixək də buna bənzər təsirə malikdir. Qoxunu azaltmaq üçün sarımsaq iri-iri doğranıb qatıqla qarışdırılır və çeynəmədən udulur.

Arıqlamaq üçün sarımsaq çayı

3 diş sarımsaq əzilir, 1 stəkan soyuq suya qarışdırılır və yavaş-yavaş isidilir, qaynama temperaturuna çatanda götürülür, süzülür və içilir. Çayı aromatlandırmaq üçün dəmləməyə kəklikotu, nanə, darçın və ya mixək əlavə edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.