Sağalmayan ayaq yaraları üçün məlhəm

ayaq yaraları

Ayaqlarda yaralar bir sıra səbəblərdən yaranır, bəzən illərlə davam edə bilir. Hazırladığım məlhəm trofik xoraların, yataq yaralarının, qızıl yel xəstəliyinin müalicəsində effektlidir. Heç bir əks göstərişi və zərəri olmayan, sınanmış bir üsuldur, illərlə sağalmayan yaralarda belə gözlənilməz nəticə verir.

Ayaq yaraları üçün məlhəm

Hazırlanma qaydası:

  • Kərə yağı 300 qram
  • Propolis – 50 qram
  • Udi hindi – 30 qram
  • Xına – 30 qram

Əvvəlcə kərə yağı əridilir, propolis kiçik parçalara kəsilərək içinə atılır və əridilir, sonra oddan götürülür, udi hindi və xına əlavə olunaraq qarışdırılır. 1 həftə pəncərədə günəş altında və ya sobanın yanında saxlanılır, bundan sonra istifadə olunur. Gündə üç dəfə yaraların üstünə çəkilir. Bəzən sağalmayan yaralar bədəndə qan dövranı pozulması nəticəsində əmələ gəlir, onda bu müalicə ilə yanaşı daxilə də təyinatlar yazmaq lazımdır ki, qan dövranı bərpa olunsun. Məsələn zəncəfil, udi-hindi, xəşəmbül və sairə bitkilərin dəmləməsindən növbəli şəkildə içmək lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.