Üzdəki qırışlar əleyhinə resept

üzdəki qırışlar üçün resept

Salamaleykum. Üzdəki qırışlar əleyhinə və sifəti təravətləndirmək üçün istifadə edəcəyimiz bu təbii qarışım ziyansızdır və hər dəfə istifadə etdikcə üz qırışlarının necə açıldığının şahidi olacaqsınız. Yaxşı olar, bu qarışımı 3 gündən bir edəsəniz.

Lazım olanlar:

  • Kakao yağı 1 xörək qaşığı
  • Kakos yağı 1 xörək qaşığı
  • Soda  1 xörək qaşığı (qaşıq tam dolu olmasın)

Deməli, saydığım bu vasitələri  15 dəqiqə bir birinə yaxşı-yaxşı qarışdırırıq, sonra üzümüzü ilıq su ilə yuyub, qurulayıb, dairəvi formada bu kremi üzə çəkirik və 5 dəqiqə dairəvi formada üzümüzü masaj etməyə davam edirik. 15 dəqiqə gözləyəndən sonra əvvəlcə ilıq su , sonra isə otaq temperaturunda olan su ilə üzümüzü yuyuruq.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.