Xəstəlik zamanı necə qidalanmalı?

xəstəlik zamanı qidalanma

Fikrimcə, bu məsələlərdə səhabə həyatından örnəklər götürməyə ehtiyacımız var. Yaxınlarımız xəstələnəndə çalışırıq ona güclü yəməklər verək ki, zəifləmiş bədəni qüvvətlənsin. Amma Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə hallarda telbine şorbası içməyi məsləhət görərdi.

Təlbinə şorbası necə hazırlanır?

Təlbinə şorbası az yağlı, az duzlu, az ədviyyatlı buğda və ya arpa yarmasından hazırlanmış südlü şorba idi. Dadı yaxşı olmazdı, amma çox şəfalı idi.

Peyğəmbərimiz deyərdi ki, xəstəlik zamanı yeməklərə diqqət edilməlidir, qüvvətli yeməklər yeyildikdə bədənimiz bu yeməyi həzm etməklə məşğul olur, onda xəstəlik qalib gəlir. Arxasınca isə belə söyləyərdi ki, xəstələri az qidalarla qidalandırın, bu zaman xəstəlik bədənə məğlub olar. Bir gün Həzrəti Əlinin (Allah ondan razı olsun) gözləri qızarır və şişir (konyuktivit xəstəliyi), yatağa düşür, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yanına gəlir və həzrətin xurma yediyini görür və “Əgər xəstəliyinin tez sağalmasını istəyirsənsə az ye”, söyləyir.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.