Yağış suyunun faydaları

Yağış suyunun faydaları

Yağış suyu tərkibcə adi distillə olunmuş suya bənzəsə də faydalarına görə ondan qat-qat üstün və əvəzolunmazdır. Fikir vermisinizsə, yağışdan əvvəl göy guruldayır, yağışdan sonra isə gözəl bir qoxu ətrafa yayılır, bu, ozonun qoxusudur. Deməli, yağış suyunun tərkibi adi sudan fərqli olaraq oksigenlə daha zəngindir. Ozon ionları yağış suyunun tərkibində adi sudan dəfələrlə çox olur, bütün bunlar suya yeni bir həyat, bir canlanma verir.

Yağış yağan zaman ilk yarım saatı buraxın, sonra bu sudan bacardığınız qədər toplayın. Yağış suyu ilə saçlarınızı yuyun. Çalışın yuyandan sonra qurulamayasınız, bu, suyun təsirini daha da gücləndirir. Saçlarınız çox canlanacaq, yumşaq və elastik olacaq, kəpəklənmə və tökülmə dayanacaq. Əgər çox toplaya bilmisinizsə, bu su ilə vanna edin, dəriniz həddən artıq təravətli, gözəl olacaqdır. Yenə də çox toplaya bilmisinizsə, evinizdəki dibçək güllərinə bu sudan verin, gülləriniz heyrətamiz dərəcədə inkişaf edəcəkdir.

Yağış suyunu içə də bilərsiniz, bu suda bərəkət və dərdlərə şəfa vardır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.