Ziyansız arıqlamaq üçün məcun

arıqlamaq üçün məcun

Arıqlamaq üçün müxtəlif üsullar var. Məsələn, bağırsaqları işlədərək arıqlamaq olar. Bu üsul effektli olsa da sonda bağırsaqları tənbəlləşdirir və istifadə edilməyəndə qəbizlik baş verir.

İkinci isə bədəndən suyu qovmaqla arıqlama üsuludur. Bu üsulun da bəzi çatışmazlıqları var. Məsələn, bədəndən çoxlu suyun qovulması mineralların da itirilməsinə, sonda bədənimizdə kaliumun azalmasına və ürək fəaliyyətinin zəifləməsinə səbəb olur.

Ən effektiv üsullar zəif işlədicilərin qəbuludur ki, bağırsaqları tənbəlləşdirmir, həm-çinin zəif sidikqovucuların qə-buludur ki, mineral balansına mənfi təsir göstərmir, əksinə bədəndə oksidləşmə proses-lərinin sürətlənməsinə səbəb olur.
Bu zaman maddələr mübadiləsinin sürətlənməsi nəticəsində piy toxuması parçalanır, orqanizm artıq çəkidən azad olur.

Arıqlamaq üçün ən ideal çəki vermək ayda 4-5 kq nəzərdə tutulmuşdur, bundan artıq arıqlama olanda insanda depressiv hallar əmələ gələ bilir.

Arıqlamaq üçün məcun resepti:

  • Zəncəfil – 40 qram
  • Şaxtagülü kökü – 20 qram
  • Qatırquyruğu – 40 qram
  • Məkkəgülü – 40 qram
  • Çobanyastığı çiçəyi – 40 qram
  • Ardıc meyvəsi – 40 qram
  • Bal – 1 kq

Məcunu bir qabda yaxşıca qarışdırdıqdan sonra, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı istifadə edin. Daha yaxşı olar ki, ilk 5 gündə yarım çay qaşığı yeyilsin. Bu məcun bədəndən şlakları təmizləyir və insanı sağlam şəkildə arıqladır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.