Gözdəymə və ya nəzər varmı?

gözdəymə varmı

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

“Göz dəyməsi gerçəkdir. Qədərimizi aşa biləcək bir şey olsa idi, bu, gözdəymə olardı”.

Daha sonra buyurmuşdur: “Göz dəymiş insana abdəst alması əmr edilir, o da abdəst alır, sonra həmin abdəst suyu nəzər dəymiş insanın başından tökülür və bütün vücudu bu su ilə islanır”.

Gözdəymə, necə deyərlər, bizim dü-şüncə tərzimizə hopmuş bir termindir, bəziləri inkar etsə də, bir çoxları inanır.

Əgər nəzər varsa və bizim sağlamlığımıza ziyan vura bilərsə, onun qarşısı alınmalıdır. Mən isə gözdəymənin dinimizdə olub-olmamasını araşdırdım.

Bir gün Amir adlı səhabə Sehl adlı bir səhabəni çimərkən görür və belə deyir: “Allaha and olsun ki, mən indiyə qədər belə bir vücud görməmişdim.” Bundan sonra Sehl gündən günə geriləyir. Bu hadisəni Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) söylədikdə o, Amiri danlayır və Sehlin abdəst suyunun yenidən üstünə tökülməsini əmr edir və bundan sonra Sehlin səhhəti düzəlir.

Bəzi hədislərdə isə göz dəyənin nəzərdən və pis baxışdan Allaha sığınması məsləhət görülür, bədnəzərdən qorunmaq üçün Ayətil kürsi, ixlas, fələq, nas surələrini oxumaq lazımdır və bədnəzərin nəzərlərinin özünə yönləndirilməsi Allahdan istənilir.

Fizuli Hüseynov
Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.