Saçlar və baş dərisi üçün mükəmməl qarışım

saçlar

50 qram arı ölüsünü tam olaraq qəhvəüyüdəndə üyüdüb 500 qram bal ilə qarışdırın 15 gün qranlıq yerdə saxlayın gündə 1 dəfə qarışdırın, qarışım istifadəyə hazırdır.

Deməli arı ölüsündə həm xitin həmdə arı zəhəri olduğundan saç diblərinə qıcıqlandırıcı və qidalandırıcı təsir göstərir. Qarışım o qədər güclü təsirə malikdir ki, demək olar ki saç və baş dərisi ilə bağlı bütün problemləri aradan qaldırmaq gücünə malikdir. Qarışım saç tökülməsinin bütün formalarında həm hissəvi həmdə diffuz tökülmə formalarında faydalıdır. Saçları olduqca yaxşı bir formada canlandırır. Yeni tökülmüş bütün saçları bərpa edir. Saçlarda göbələk və seboreyalar üçün çox faydalıdır.
İstifadəsi. Qarışım gündə 1 dəfə saç diblərinə vurulur. 30 dəqiq ə sonra adi ilıq su ilə yuyulur.

Qarışımı vuran zaman qaşınma və qızartı olarsa deməli qarışıma qarşı allergiyanız var onda istifadəni saxlamaq lazımdır

Qarışım boyun, diz və başqa oynaq ağrılarında da faydalıdır.

Qeyd: Bal arısı ölüsünü toplamaq üçün arıları tutub öldürmək lazım deyil. Arıçıların hamısında demək olar ki, arı ölüsü olur. Arı məhsulları satılan yerlərdən və ya Fitoklublardan arı ölüsünü əldə edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.